• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Fəaliyyət
      • Dövlət qulluğu
      • Tvinninq

      Tvinninq

      • Qəbul və imtahanlar
      • Dövlət qulluğu
      • Tədqiqat
      • Digər fəaliyyət
      Sizi maraqlandıran suala cavab öz əksini tapmayıb? 
      Təqdim olunan formanı dolduraraq öz sualınızı göndərə bilərsiniz
      Sual ver

      Tvinninq Avropa İttifaqının (Aİ) institusional quruculuq aləti olaraq dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsi və yardım göstərilməsi, habelə milli qanunvericiliyin Aİ standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur. Bu, Aİ üzvü dövlətlərinin dövlət qurumları ilə benefisiar, yaxud tərəfdaş ölkələr arasında institusional əməkdaşlıq üzrə Aİ alətidir. Avropa Komissiyasının təşəbbüsü olan Tvinninq aləti 1998-ci ildə namizəd ölkələrin Avropa İttifaqına inteqrasiya prosesini dəstəkləmək məqsədilə başlanmışdır. Tvinninq Avropa Qonşuluq və Əməkdaşlıq Aləti kimi Azərbaycanda 2006-cı ildən həyata keçirilir və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə Avropa İttifaqına üzv ölkələrin və benefisiar ölkənin dövlət sektoru təcrübəsini bir araya gətirir.

      Azərbaycan kontekstində Tvinninq Aİ qanunvericiliyinin müəyyən hissələrinin və qabaqcıl təcrübəsinin mənimsənilməsi üçün səmərəli şərait yaratdığı və qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsində hökumətə köməklik göstərdiyi üçün strateji əhəmiyyətə malikdir.

      “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək Layihəsi” (AZ/15/ENP/OT/40)
      Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Avropa İttifaqının Tvinninq aləti çərçivəsində “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək Layihəsi” (AZ/15/ENP/OT/40) həyata keçirilir. Layihə dövlət qulluğu vəzifələrinin funksiyalarının məzmununa görə sahələr üzrə qruplaşdırılmasını, həmçinin, yeni qruplaşdırma sisteminin dövlət qulluğuna qəbulda, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində və onların əməyinin ödənilməsində tətbiqinə dair təkliflərin verilməsini nəzərdə tutur.

      Layihə üzv ölkə qismində Litva Respublikasının müvafiq qurumları ilə birgə həyata keçirilir:

      Litva Respublikasının Dövlət Katibliyi – Litvada dövlət siyasətinin əlaqələndirilməsi üzrə əsas qurumdur. www.lrv.lt

      Litva Respublikasının Dövlət Qulluğu Departamenti – dövlət qulluğu sahəsində dövlət siyasətini həyata keçirməklə yanaşı, peşəkar və səmərəli dövlət qulluğu sisteminin yaradılmasında iştirak edir və qanunvericilik aktlarının həyata keçirilməsini təmin edir. www.vtd.lrv.lt

      Avropa Sosial Fond Agentliyi – bu layihənin logistikasını (maliyyə və inzibati idarəetmə) həyata keçirir. www.esf.lt

      Litva dövlət qurumları layihə çərçivəsində həm təcrübələrini bölüşəcək, həm də qabaqcıl Avropa təcrübəsinə uyğun olaraq DİM-in səmərəliliyinin gücləndirilməsi və imkanlarının genişləndirilməsinə töhfə verəcək. Layihə Azərbaycanda peşəkar və dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etməsinə dəstək verəcək.

      Layihənin əsas məqsədi dövlət qulluğu vəzifələrinin yeni, fəaliyyətin məzmununa əsaslanan qruplaşdırılma sisteminin qurulması, bu sistemin dövlət qulluğuna qəbul, fəaliyyətin qiymətləndirilməsi və əməyin ödənilməsi sistemi ilə əlaqələndirilməsi, habelə bu sahədə DİM-in malik olduğu alətlərin, potensialın və səmərəliliyin artırılmasıdır.

      Layihə 4 komponent üzrə nəticələr əldə etməyi hədəfləyir:

      vəzifələrin qruplaşdırılması sistemi;

      dövlət qulluğuna qəbul;

      fəaliyyətin qiymətləndirilməsi;

      dövlət qulluğu vəzifələrinin yeni təsnifatına uyğun ödəniş sistemi

      Layihənin sonunda ümumi məqsədə uyğun olaraq, hər komponent üzrə müəyyən nəticələr əldə ediləcək. Layihə çərçivəsində fəaliyyət mövcud çatışmazlıqları və onların aradan qaldırılması üçün qanunvericiliyə edilməsi zəruri olan dəyişiklikləri müəyyən etməyə, qanunvericiliyin Avropa İnzibati Məkanına və Aİ qabaqcıl təcrübəsinə uyğunlaşdırılmasına yardım edəcək.

      Layihə əsas nəticələrinə (qanunvericilik aktlarının layihələndirilməsi, dövlət qulluğu vəzifələrinin qruplaşdırılması, dövlət qulluğuna qəbul və əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsi) təlimlər, seminarlar, ekspert missiyaları, təlim səfərləri keçirməklə, habelə müxtəlif dövlət orqanlarının nümayəndələri ilə görüşlər və təcrübə mübadiləsi yolu ilə nail olacaqdır.

      Layihə müddətində aşağıdakılar nəzərdə tutulur:

      Üzv ölkənin 20-dən çox mütəxəssisinin vaxtaşırı DİM-ə səfəri;

      20 iştirakçını əhatə edən 4 təlim səfəri (Latviya/Litva; Avstriya/ Macarıstan; Portuqaliya/İspaniya; Fransa/Belçika)

      100 nəfərin iştirak etdiyi 4 təlim və iştirakçılar arasından bir qrup təlimçinin seçilməsi;

      8 Avropa ölkəsinin qabaqcıl təcrübəsinin öyrənilməsi.

      Layihə Aİ tərəfindən maliyyələşdirilir və büdcəsi 1,2 milyon avro təşkil edir. Layihənin müddəti iki ildir. Layihə 2016-cı ilin noyabrın 17-də Rezident Tvinninq Müşavirinin ölkəmizə gəlişi ilə rəsmi şəkildə başlamışdır. 14 fevral tarixində Layihənin rəsmi təqdimatı keçirilmişdir.

      • Xəbərlər
      Xəbərlər
      25 yanvar 2019-cu ildə “Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı Tvinninq layihəsinin bağlanış mərasimi keçirilib
      25.01.2019 Tvinninq
      25 yanvar 2019-cu ildə “Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı Tvinninq layihəsinin bağlanış mərasimi keçirilib

      Layihə çərçivəsində benefisiar qurum Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi, Litva tərəfindən layihə tərəfdaşları isə Litva Respublikası Dövlət Katibliyi, Dövlət Qulluğu Departamenti və Avropa Sosial Fond Agentliyi olub


      “Azərbaycanın dövlət qulluğunda islahatların davam etdirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində növbəti seminar keçirilib
      11.10.2018 Tvinninq
      “Azərbaycanın dövlət qulluğunda islahatların davam etdirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində növbəti seminar keçirilib

      Seminarda dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi sistemi üzrə pilot layihənin nəticələri və fəaliyyətin qiymətləndirilməsi sahəsində mövcud informasiya bazasının təkmilləşdirilməsi və s. məsələlər müzakirə edilib


      “Azərbaycanın dövlət qulluğu sistemində islahatlara dəstək” layihəsi çərçivəsində Dövlət İmtahan Mərkəzinin əməkdaşları Litvanın Vilnüs şəhərində təlim səfərində olublar
      12.08.2018 Tvinninq
      “Azərbaycanın dövlət qulluğu sistemində islahatlara dəstək” layihəsi çərçivəsində Dövlət İmtahan Mərkəzinin əməkdaşları Litvanın Vilnüs şəhərində təlim səfərində olublar

      Təlim səfəri Avropa İttifaqı üzvü olan Litvanın yeni vəzifə təsnifatı sisteminə əsaslanan dövlət qulluğuna qəbul sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı ətraflı məlumat toplamaq imkanı verib


      “Azərbaycanın dövlət qulluğu sistemində islahatlara dəstək” layihəsi çərçivəsində Litvanın Vilnüs şəhərinə təlim səfəri həyata keçirilmişdir
      31.05.2018 Tvinninq
      “Azərbaycanın dövlət qulluğu sistemində islahatlara dəstək” layihəsi çərçivəsində Litvanın Vilnüs şəhərinə təlim səfəri həyata keçirilmişdir

      Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədrinin müavini Bəhram Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi və Dövlət İmtahan Mərkəzinin əməkdaşları daxil olmuşdur


      “Azərbaycanın dövlət qulluğu sistemində islahatlara dəstək” adlı Tvinninq layihəsinin fəaliyyətin qiymətləndirilməsi sistemi üzrə nəticələri
      14.03.2018 Tvinninq
      “Azərbaycanın dövlət qulluğu sistemində islahatlara dəstək” adlı Tvinninq layihəsinin fəaliyyətin qiymətləndirilməsi sistemi üzrə nəticələri

      İngilis dilinə tərcümə əlavə edilir English translation is attached below



      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram