Xəbərlər
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dekabrın 14-də şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Sumqayıt şəhərində vətəndaşları qəbul etmişdir. Qəbulda Sumqayıt şəhərinin, Abşeron, Xızı rayonlarının sakinləri, eləcə də bu rayonlarda məskunlaşmış Qubadlı, Zəngilan və Şuşadan olan məcburi köçkünlər iştirak etmişlər.
2017-ci il 5-6 dekabr tarixlərində Qazaxıstanın Almatı şəhərində Astanada yerləşən Dövlət Qulluğu üzrə Regional Xab, Estoniyanın Elektron İdarəetmə Akademiyası və Almatı Menecment Universitetinin birgə təşkilatçılığı ilə "Elektron hökumətin inkişafı: təcrübə, problem və perspektivlər" mövzusunda seminar keçirilmişdir.
DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2017-ci il 7-8 dekabr tarixlərində keçiriləcək İnstitusional Quruculuq üzrə İllik Regional Konfransda iştirak etmək məqsədilə Kiyev şəhərinə səfər etmişdir.
Oktyabr ayının 2-dən 6-dək Gürcüstanın Batumi şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA- International Association for Educational Assessment) 43-cü illik konfransı keçirilmişdir.